Alimlər hesab edirlər ki, qəhvə insan psixikasına xüsusi təsir göstərir. Bu içki insanı güclü depressiyadan və intihar düşüncələrindən azad edir. Kim düşünə bilərdi ki, sadə bir içki intihar həddində olan insanı fikirlərindən döndərə bilər?
Milli.Az-ın məlumatına görə, Harvard Universitetinin alimləri bir sıra araşdırma apardıqdan sonra sübuta yetiriblər ki, qəhvə insanı intihar fikrindən yayındırır. Bunu sübuta yetirmək üçün bir neçə il keçib və iki yüzdən çox könüllünün iştirakı gərəkib. Qəhvənin psixikaya təsiri insanın cinsindən asılı deyil. Kişiyə də, qadına da eyni qaydada təsir göstərir. Gündə cəmi iki fincan qəhvə insanı intihar fikirlərindən uzaqlaşdırır. Bəs sirri nədir?
Bütün məsələ ondadır ki, qəhvə depressiya və digər əsəb sistemi pozğunluğu üçün özünəməxsus profilaktik vasitədir. Ancaq təkcə bir fincan qəhvə fayda vermir. Burada həkimin məsləhətləri, insanın öz arzusu, insanı neqativ fikirlərdən ayıran hər hansı bir məşğuliyyət də önəmlidir. Bütün bunları birləşdirərək xoşbəxt insan olmaq mümkündür.
Mənbə: Milli.Az