Qadin.NET / Məşhur rejissor vəfat etdi

Məşhur rejissor vəfat etdi

Məşhur rejissor vəfat etdi
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvü, Azərbaycanın tanınmış kinorejissoru, aktyoru və ssenaristi Hafiz Fətullayev bu gün 70 yaşında vəfat edib.ANS PRESS-in məlumatına görə, bu barədə Trend-ə Kinematoqrafçılar İttifaqından məlumat verilib.Qeyd edək ki, H.Fətullayev 24 fevral 1944-cü ildə Bakıda anadan olub. M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsini bitirdikdən (1970) sonra Azərbaycan Dövlət Dram Teatrında işləyib.1977-1990-cı illərdə Azərbaycan Dövlət Televiziyasında işləyib. 1991-ci ildən "Rimur" müstəqil kinokompaniyasının rəhbəri idi.
H.Fətullayev "Qırmızı qatar" və "Müqəddəs odda yanaram" (G.Əzimzadə ilə birgə) filmlərinin quruluşçu rejissorudur

Mənbə: ANS PRESS

20 yanvar 2015
GO BACK