Qadin.NET / Azərbaycanlı tələbələrdən BMT-yə mesaj

Azərbaycanlı tələbələrdən BMT-yə mesaj

Azərbaycanlı tələbələrdən BMT-yə mesaj
Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin tələbələri 20 Yanvar faciəsinə aid video çarx çəkib.ANS PRESS-in məlumatına görə, videoda ingilis dilində "170 nəfər öldü, 774 nəfər yaralandı. Kim idi onlar? Onlar azadlıqları uğurda canlarından keçən sadə vətəndaşlar idi. Onlar biz idik. Bu bir terror aktıydı. Biz terrora qarşıyıq" şuarları səsləndirilib. Həmçinin, tələbələr ingilis diliylə yanaşı, Azərbaycan, fransız, rus, ispan, italyan və alman dillərində "Biz insanıq" deyərək, terrora son qoyulmasını tələb edib.Videonun sonunda isə əlində "United Nations" yazısı tutan tələbə terror hadisələrinə lazımi cavab verməyərək çox zaman susmağı seçən dünya birliyi nümayəndəsini təmsil edir. Bununla da, 20 Yanvar və bu kimi terror aktları ilə bağlı BMT-nin tutarlı cavab vermədiyi, əsaslı addım atmadığı vurğulanıb.

Mənbə: ANS PRESS

20 yanvar 2015
GO BACK