Qadin.NET / Cəbhədə nə baş verir?

Cəbhədə nə baş verir?

 

Cəbhədə nə baş verir?

Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın kütləvi informasiya vasitələri növbəti yalanını üzə çıxarıb.
Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, erməni mətbuatı dəfə öz qeyri-döyüş itkilərinə haqq qazandırmaq, cəbhədə vəziyyəti gərginləşdirmək və günahı Azərbaycan tərəfinin üzərinə yıxmaq məqsədilə, eyni vaxtda Azərbaycan Silahlı Qüvvələrinin itki verərək geri çəkilməsi barədə dezinformasiya xarakterli məlumatlar yayır. 
Müdafiə Nazirliyi bildirir ki, Silahlı Qüvvələrimiz bütün cəbhə boyu əməliyyat şəraitinə tam nəzarət edir və düşmənin istənilən hərəkətinin qarşısını almağa hər an hazırdır.
Xatırladaq ki, Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusu Suren Pilosyan ölüb. 
ANS PRESS-in məlumatına görə, Erməni KİV 1995-ci il təvəllüdlü əsgərin atışma nəticəsində öldürüldüyünü yazır. 
Erməni mətbuatının iddiasına görə, təmas xəttində 8 dəfə diversiya cəhdi olub və itki qeydə alınıb.

Mənbə: ANS PRESS

 

20 yanvar 2015
GO BACK