Qadin.NET / Avtobuslarla bağlı yenilik

Avtobuslarla bağlı yenilik

 

Avtobuslarla bağlı yenilik

Paytaxtda gecə saat 11-dən sonra mənzil başına çatmaq müşkül məsələyə çevrilib.ANS TV-nin məlumatına görə, gecə yolda qalanlar ya elə yolda gecələməlidir, ya da əlin cibində olmalıdır ki taksiylə getsin. Bu isə hər kəsin imkanı daxilində olan bir iş deyil. Görünür Avropa ölkələrində illər əvvəl adi hala çevrilən yeniliyin Bakıda tətbiq olunmasının artıq vaxtıdır. Söhbət şər vaxtı insanları mənzil və ya iş başına çatdıran gecə marşurutlarından gedir. O marşurutlar ki, Sovet dövründə paytaxtda 24 saat işləyirdi. 9-12 nəfərlik həmin xırda tutumlu növbətçi avtobuslar insanları həm də ucuz qiymətə daşıyrdı. Hazırda isə gecələr yollarda qalanlar, saatlarla avtobus gözləyənlər olur. 
Ekspertlərin fikrincə Azərbaycan yeganə ölkədir ki, burda ictimai nəqliyyata gəlir sahəsi kimi baxılır. Ona görə də özəl sərnişindaşıma şirkətləri bu məsələyə bir qədər biganə yanaşırlar. Ekspert Ərşad Hüseynov deyir ki, Avropa öləkələrindəki bu təcrübəyə çoxdan gecikmişik. Onun sözlərinə görə, Sovet dövründə gecə növbəsində işləyən marşrutlar var idi. Çünki, o zamanlar gece növbəli çalışan müəssisələr də fəaliyyət göstərirdi.
"Bakı Sərnişin Nəqliyyatı” Departamentindən bildrirlər ki, belə marşurutlar gələcəkdə xəttə çıxarıla bilər. Amma bunun üçün qərarı Nəqliyyat Nazirliyi verməldir. Nəqliyyat Nazirliyinin sözçüsü Namiq Həsənov hazırda gecə saatlarında şəhərdə insanların azlığını əsas gətirərək bu cür marşurutlara ehtiyac olmadığını bildirdi. Onu da əlavə etdi ki, vətəndaşlar hər hansı bir müraciət daxil olarsa o zaman bu cür marşurutların istismara buraxıla bilər.
Hələlik paytaxtda gecə marşurutları olmasa da, I Avropa Olimpiya Oyunları ərəfəsində ictimai nəqliyyatın iş vaxtı uzadılacaq. Bir növ avtobuslar gecə marşurutları kimi fəaliyyət göstərəcək.

 

Mənbə: ANS PRESS

20 yanvar 2015
GO BACK