Qadin.NET / Yeni "iPhone 7" gəlir

Yeni "iPhone 7" gəlir

 

Yeni "iPhone 7" gəlir

"iPhone 6" və "6 Plus"un təqdim edilməsindən bir necə ay keçməsinə baxmayaraq şirkət yeni məhsulunun üzərində çalışır. ANS PRESS-in məlumatına görə, "Apple" "iPhone 7" və "iPhone 6S" üzərində işə başlayıb. Yeni smartfonların təqdimat tarixi də artıq bəllidir.Yeniliklər 2015-ci ildə istifadəçilərin əllərində olacaq. 
İddialara görə, "iPhone 6S" yaz aylarında, "iPhone 7" isə sentyabrda təqdim ediləcək. "Apple" iki yeni məhsulunu bazara çıxarandan sonra köhnə modellərində qiymət ucuzlaşması olacaq. 
Yeniliklər haqqında təfərrüatlar bəlli deyil. Əldə olan məlumat isə ancaq "iPhone 7" ilə bağlıdır. Bu telefonun 4.7 inç ekran, 20 mp kamera və 2 GB RAM yaddaşla istehsalı gözlənilir. 

 

Mənbə: ANS PRESS

20 yanvar 2015
GO BACK