İsveçrə qəzetində ASALA erməni terrorizminin İsveçrədəki fəaliyyəti və törətdiyi terror hücumları barəsində məqalə dərc olunub.
ANS PRESS-in məlumatına görə, məqalənin üzərindəki şəklin altında 1980-ci ilin noyabr ayında ermənilərin Romada "Swissair" hava yolları şirkətinin ofisinə edilən bombalı sui-qəsdi nəticəsində 5 nəfərin yaralandığı qeyd edilib.
Məqalədə bildirilib ki, tam 40 il bundan öncə dünyada başlayan terror dalğası tezliklə İsveçrəyə də qarşı çevrilib. Buradan sual ondan ibarətdir ki, Bernli bir rahib bu terrorçu bandasını təsis edənlərdəndirmi?
Markus Hefliqer, Bern
Bomba Nr.1 bazar günü Federal Parlamentin yanında partlayır, lakin demək olar ki, heç bir ziyan törətmir. Bomba Nr.2 bazar ertəsi Sürix hava limanında 5 nəfəri yaralayır və böyük zərər törədir. Bomba Nr.3 çərşənbə axşamı Lozanda univermağın qadın bölməsində partlayır və 26 nəfəri yaralayır. Yaralanların bəzilərinin vəziyyəti çox ağır idi. Bomba Nr.4 çərşənbə günü Cenevrə vağzalında partlaması 1 nəfərin ölümü ilə nəticələnir. 19-22 iyul 1981-ci ildə baş vermiş bu 4 terror saldırıları İsveçrəyə qarşı yönəldilmiş və misli görülməmiş terror dalğasının kulminasiyası idi. Bu günlərdə o terror dalğası əsasən unudulmaqdadır.
Hücumların arxasında militant ermənilər dururdu. Onlar müxtəlif ad altında çıxış etsələr də, onların ən vacib təşkilatı Ermənistanın Azadlığı üçün Gizli Erməni Ordusu (ASALA) idi. 2015-ci ilin yanvar ayında Avropa “Çarli Hebdo”ya olan terror saldırısından lərzəyə gəlın bir zaman, ASALA-nın təsis edilməsinin 40 ili tamam olur. O, 1975-ci ilin yanvar ayında Beyrutda ilk saldırısını həyata keçirib.
Diplomatlara hücum
ASALA-nın arxasında duran beyinlər emiqrasiyada yaşayan gənc ermənilər idi. Bu ermənilər Şərqi Türkiyədəki vətənlərini görməmişilər. 1915-ci ildə türklərin ermənilər üzərində törətdiyi qətliamdan 60 il keçmişdi. Böyük dövlətlərin erməni dövlətini təsis etmək vədlərini tutmamalarından 50 il keçmişdi. Dünya erməni məsələsini çoxdan unutmuşdu. Elə buna görə də gənc bir nəsil silaha sarılmışdı.
Rəsmi olaraq ASALA 2 hədəf güdür: O, Türkiyəni qətliamı etiraf etməyə məcbur etmək istəyir və Şərqi Türkiyədə yerləşən erməni torpaqlarını erməni dövlətinə qatmaq istəyir. Təşkilat ideoloji cəhətdən sovet ideologiyasının təsiri altında idi. Onun əsas düşməni türk dövləti və onunla əməkdaşlıqda şübhəli bilinən ölkələrdir.1975-ci ildən başlayaraq ASALA bütün dünyda türk diplomatlarını hədəfə alır. Ümumilikdə 20 türk diplomatı sui-qəsdlərin qurbanı olur. 1976-cı ilin may ayında terror İsveçrəyə də gəlib çatır. Sürixdə Türkiyənin konsulluğuna və türk bankına edilən bombalı sui-qəsd nəticəsində hər iki bina yerlə yeksan edilir. 6 fevral 1980-ci ildə bir sui-qəsdçi Türkiyə səfirinin Mersedesinə atəş açır. Səfirin bəxti gətirir, o, yalnız yüngül yaralanır.3 oktyabr 1980-ci ilə qədər ASALA illərlə yeraltında çalışır. Lakin həmin günü onun 2 üzvü ələ keçir, məhz İsveçrədə. Cenevrədki “Beau-Site” otelində bir erməni qadın və bir erməni kişi bomba üzərindı işləyən zaman bomba partlayır. Kişi bir əlini və bir gözünü itirir. Hər iki şəxs həbs edilir.
İsveçrədən intiqam alma
Bununla İsveçrə bir gecə içində hədəfə çevrilir. İndi terrorçular öz yoldaşlarının intiqamını almaq və onları xilas etmək məqsədilə İsveçrənin qurumlarına hücum edirlər. Bir neçə ay ərzində onlar şərti çəzalara məhkum edilərək ölkədən çıxarılırlar.
Lakin bir neçə ay sonra, 1981-ci ilin iyun ayında Cenevrədə bir erməni küçədə Türkiyə konsulluğunu bir işçisinə atəş açır. Bu dəfə də cani həbs edilir. Bunun intiqamı üçün ermənilər yuxarıda qeyd edilən 4 gün ərzində 4 bombalı sui-qəsd törədirlər. Ümumilikdə, bu illər ərzində ermənilər tərəfindən İsveçrəyə qarşı həm İsveçrənin daxilində, həm də xaricində 20 böyük və kiçik sui-qəsdlər törədilib.
1980-ci ilin ortalarından başlayaraq ASALA parçalanmağa başlayır. 1988-ci ildə onun başçısı Haqop Haqopian ləqəbli adam sui-qəsd nətisində öldürülür.
İsveçrəli həmtəsisçi?
ASALA-nın daxili quruluşu haqqında etibarli məlumat azdır. Mövcud olan yalnız bir mənbəyə görə, onun təsis edilməsində Ceyms Karnusiyan adlı erməni mənşəli bir isveçrəli iştirak edib. O, erməni icmasında tanınmış adam olub. Ceyms Karnusiyan 1926-cı ildə Livanda anadan olub, illərlə Gstaadda protestant rahibi kimi işləyib və həyatı boyu erməni işi üçün çalışıb. O, həmçinin erməni konqresinə də sədrlik edib.Onun ölümündən bir az sonra 1988-ci ildə Nyu Yorkda dərc edilən “The Armenia Reporter” adlı jurnalda bir müsahibə dərc edilib. Müsahibədə müəllif ilə görüşün 11 il öncə baş tutduğu iddia edilir. O zaman Karnusiyan bir şərtlə müsahibə vermişdi ki, sözügedən müsahibə onun ölümündən sonra dərc ediləcək. Bu müsahibə zamanı Karnusiyan bildirib ki, o, 1975-ci ildə ASALA-nı Livanda təsis edən 3 kişidən biri olub. Lakin sonralar ASALA daha da qəddarlaşınca, o, ASALA-dan uzaqlaşıb.
Xidmət və zərər
Bunu bu gün araşdırıb yoxlamaq çətindir. Məqalənin müəllifi də bu gün həyatda deyil. Karnusiyanın qızı Manuşak Karnusiyan deyir ki, onun ailəsinin atasının ASALA ilə əlaqələrindən xəbəri yoxdur. Məqalə “yalnız spekulyasiyadan” ibarətdir və ailə üçün o zaman “anidən yaranmış şok” olub.
Erməni əslli qərbi İsverədən olan jurnalist Arman Jaspar ASALA ilə bağlı yekun vuraraq yazır ki, başlanğıcda bu “gizli ordu” dünya ictimaiyyətini erməni məsələsində həssaslaşdırmaq üçün böyük nailiyyətlər əldə edib. Lakin sonralar onun “mənfur azğınlıqları” erməni işinə zərər vurub.
ABŞ-ın terrorizm ilə bağlı apardığı MİPT adlı statistikasına görə, ASALA dünyada 84 terror əyləmi həyata keçirmişdir. Bunların nəticəsində 46 nəfər həlak olmuş və 299 nəfər yaralanmışdı. Bu günlərdə ASALA aktiv olmasa da, o, Türkiyə ilə Ermənistan arasında aparılan təbliğat mübarizəsində vacib rol oynayır. Erməni tərəfi qətliamın qurbanı olmuş bir milyondan artıq ermənidən danışan zaman, Türkiyə tərəfi ASALA-nın əməllərini onların qarşısına qoyur.
Mənbə: ANS PRESS