Xəzərin suyu niyə çəkilir?
"Dənizin suyunun çəkilməsi təbii proseslərlə, sikllərlə bağlıdır". ANS PRESS-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov deyib.O bildirib ki, böyük qlobal səviyyədə küləklərin istiqamətinin dəyişməsi Xəzər dənizinin səviyyəsinə təsir edən amillərdir: "Nəticədə, yağıntıların ayrı-ayrı regionlarda azalıb-çoxalması da dənizin səviyyəsinə təsir edib. 1970-80-ci illərdəki dəniz suyunun səviyyəsinin qalxması prosesi fonunda indi enmə prosesi gedir. Biz bunu müşahidə edirik. Bununla bağlı məlumat da vermişik". H. Bağırov bildirib ki, dənizdə suyun səviyyəsinin qalxması daha təhlükəlidir və bununla bağlı əvvəldən tədbirlər görülür. Nazir ötən əsrin 80-ci illərində Xəzərdə suyun səviyyəsi qalxdığını xatırladıb və bildirib ki, həmin vəziyyət daha təhlükəli şərait yaratmışdı: "Nəticədə, müəyyən quru hissəsi suyun altında qalmışdı, hətta Bakı bulvarının xeyli hissəsi bataqlıqlaşmışdı. Ancaq suyun səviyyəsinin azalması digər təbii proseslərin getdiyindən xəbər verir".
Mənbə: ANS PRESS
20 yanvar 2015
GO BACK