25 il qabaq Azərbaycan xalqı 70 il öncə - 1920-ci ildə əlindən alınmış istiqlaliyyətini bərpa etmək uğrunda ilk addımını atdı və bu istəyindən geri çəkilməyəcəyini, bu müqəddəs amal uğrunda hətta canından belə keçməyə hazır olduğunu bütün dünyaya nümayiş etdirdi.
Bu qəhrəmanlıq addımı elə də ucuz başa gəlmədi - 1990-cı il yanvarın 20-də süquta uğrumaqda olan sovet imperiyası xalqımıza qarşı amansız cinayət törətdi. Həmin gün 130-dan çox dinc insanın xüsusi qəddarlıqla qətlə yetirildi, 1000-ə yaxın insan yaralandı.
Mənbə: ANS PRESS