Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan dünyanın ən formada olan liderləri siyahısına daxil olub. ANS PRESS-in məlumatına görə bu, "Health Fitness Revolution" jurnalının apardığı araşdırmalar nəticəsində məlum olub. Rəcəb Tayyib Ərdoğan gördüyü işlər çərçivəsində səhhətinə və çəkisinə diqqət yetirən ən formada olan 13 liderdən biri olub.Jurnal həmçinin digər dünya liderlərini Ərdoğanı nümunə götürməyə səsləyib.
Ərdoğanla yanaşı siyahıya daxil olan liderlər:
İspaniya kralı Felipe VI, Avstraliyanın baş naziri Toni Abbott, Lüksemburq hersoqu Henri, ABŞ prezidenti Barak Obama, İsrailin baş naziri Benyamin Netanyahu, Yamaykanın baş naziri Portia Simpson Miller, Rusiyanın prezidenti Vladimir Putin, Meksika prezidenti Enrike Penya Nyeto, Butan kralı Ciqme Dciqme Kxesar Namqyel, Botsvana prezidenti Yan Xama, İordaniya kralı Hüseyn və Sinqapurun baş naziri Li Syan Lun.
Mənbə: ANS PRESS