1990-cı il, yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusu, erməni quldur dəstələri ilə birgə Bakıya daxil olaraq dinc əhaliyə qarşı terror aktl həyata keçirib. Nəticədə, 137 nəfər şəhid olub, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz olaraq həbs edilib.
Bakı vaxtı ilə saat 12.00-da ölkə ərazisində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək, gəmilər, avtomobillər və qatarlar səs siqnalları verəcək.
Mənbə: ANS PRESS