Türkiyə millisinin və “Qalatasaray”ın keçmiş oyunçusu, İstanbul millət vəkili Hakan Şükür 20 Yanvar faciəsi şəhidlərini anıb.ANS PRESS-in məlumatına görə, 20 Yanvar faciəsinin 25-ci ildönümündə Azərbaycanın azadlığı və müstəqilliyi yolunda canlarından keçənləri xatırlayanlar arasında İstanbul Millət vəkili Hakan Şükür də olub.O, rəsmi “Twitter” mikro-bloqundakı səhifəsində “Azəri-Türk” qadınlar birliyinin sədri Tənzilə Rüstəmxanlının adını teq edərək belə bir tvit yayımlayıb: “Azərbaycan türklərinə qarşı edilən qətliamda şəhid olan qardaşlarımızı dua və sevgi ilə anırıq”.Onun bu tvitinə reaksiya verən sosial şəbəkə istifadəçiləri tərəfindən məclis üzvü, millət vəkili olduğu halda bu barədə hansı işləri gördüyü sual verilib.
Qeyd edək ki, Türkiyə millisinin keçmiş ulduzlarından olan İstanbul millət vəkili Hakan Şükür sosial şəbəkədə aktivliyi ilə seçilən, gündəmlə bağlı tez-tez tvitlər yazan məşhurlardan biridir.
Mənbə: ANS PRESS