Qadin.NET / Avtobuslar 24 saat işləyə bilər

Avtobuslar 24 saat işləyə bilər

 

Avtobuslar 24 saat işləyə bilər

Paytaxtda gecə marşurutlarına ehtiyac var.Paytaxtda gecə saat 11-dən sonra mənzil başına çatmaq müşkül məsələyə çevrilib. Ya yolda gecələməlisən, ya da əlin cibində olmalıdır ki, taksiylə gedəsən. Bu isə hər kəsin imkanı daxilində olan bir iş deyil. Görünür Avropa ölkələrində illər əvvəl adi hala çevrilən yeniliyin Bakıda tətbiq olunmasının artıq vaxtıdır. Söhbət şər vaxtı insanları mənzil və ya iş başına çatdıran gecə marşurutlarından gedir. O marşurutlar ki, sovet dövründə paytaxtda 24 saat işləyirdi. 9-12 nəfərlik həmin xırda tutumlu növbətçi avtobuslar insanları həm də ucuz qiymətə daşıyrdı.Hazırda isə gecələr yollarda qalanlar, saatlarla avtobus gözləyənlər olur. Ekspertlərin fikrincə, Azərbaycan yeganə ölkədir ki, burda ictimai nəqliyyata gəlir sahəsi kimi baxılır. Ona görə də özəl sərnişindaşıma şirkətləri bu məsələyə bir qədər biganə yanaşırlar. Ekspert Ərşad Hüseynov deyir ki, Avropa öləkələrindəki bu təcrübəyə çoxdan gecikmişik.
Sovet dövründə gecə marşurutlarının işlədiyini deyən ekspert Ərşad Hüseynovun sözlərinə görə, bunun səbəbi sovet dönəmində 3 növbəli iş sistemilə işləyən bir çox istehsal müəsissələr var idi: "İqtisadiyyatda yenilənmə baş verdi. Bu gün Azərbaycanda az sayda müəsissələr var ki, orada 3 növbəli iş sistemi tətbiq olunsun. Amma belə müəsissələr hazırda var. Belə müəsissələrin nəzərə alıb bunu təşkil etmək olar".
Bakı sərnişin nəqliyyat departamentindən bildrirlər ki, belə marşurutlar gələcəkdə xəttə çıxarıla bilər. Amma bunun üçün qərarı Nəqliyyat Nazirliyi verməldir. 
Nəqliyyat nazirliyinin sözçüsü Namiq Həsənov hazırda gecə saatlarında şəhərdə insanların azlığını əsas gətirərək bu cür marşurutlara ehtiyac olmadığını bildirdi. Onu da əlavə etdi ki, vətəndaşlar hər hansı bir müraciət daxil olarsa, o zaman bu cür marşurutların istismara buraxıla bilər.
"Magistral yollar buz bağladığına görə, sürücülərin gecə yorğun olması, eləcə də işıqlandırma sistemində müəyyən problemlər olduğuna görə, o vaxt rayonlara gecə reysləri ləğv olundu. Amma şəhər daxilində bu praktikaya baxmaq olar. Əgər zərurət olarsa, yəqin ki, bu məsələyə Nəqliyyat Nazirliyi, həmçinin bu işə bağlı aidiyyatı qurumlar buna baxa bilərlər. Sadəcə olaraq buna zərurət yoxdur”.
Hələlik paytaxtda gecə marşurutları olmasa da, olimpiya oyunları ərəfəsində ictimai nəqliyyatın iş vaxtı uzadılacaq. Bir növ avtobuslar gecə marşurutları kimi fəaliyyət göstərəcək.

 

Mənəb: ANS PRESS

20 yanvar 2015
GO BACK