Azərbaycanda 2015-ci ilin ilk üçəmləri Gəncədə dünyaya gəlib. Şəhərdə fəaliyyət göstərən özəl klinikaların birində dünyaya göz açan körpələrin 3-ü də oğlandır. Kəpəz TV (Region TV) xəbər verir ki, dörd ildir ki, övlad həsrəti çəkən Əmrahovlar ailəsində üçəmlərin dünyaya gəlməsi, böyük sevinc bəxş edib. Doğuş vaxtından əvvəl baş verdiyindən, körpələr qeysəriyyə əməliyyatı yolu ilə dünyaya gəlib. Buna baxmayaraq onların çəkisi və ümumi vəziyyətləri normaldır.Həkim: “Birinci döl 2 kilo çəkidə oğlan uşağı, 2-ci döl 1 kilo 800 qram, 3-cü döl isə 2 kilo 100 qramdır. Hal-hazırda körpələr uşaq şöbəsindədirlər. Vəziyyətləri kafidir”.
Sevinclərinin həddi-hüdudu olmayan valideynlər övladlarına Həsən, İbrahimvə Məhəmməd adlarını veriblər. Onların əsas arzuları, övladlarını vətənə və millətə layiqli vətəndaş kimi yetişdirməkdir.Qeyd edək ki, həkim nəzarətində olan üçəmlərin anasının da vəziyyəti normaldır.
Mənbə: Milli.Az