Ata olmaq üçün yaşlanmağınızı gözləməyin. Çünki yaşlı kişilərin övladlarının müxtəlif xəstəliklər ilə dünyaya gəlmə risqi böyükdür.
Bu nəticəyə Oxford Universitetinin tədqiqatçıları gəliblər. Onlar hesab edirlər ki, yaşlaşdıqca kişilərdə spermanın keyfiyyəti aşağı düşür, bu da sağlamlıq ilə bağlı problemlərin yaranmasına yol açır. Bundan əlavə kişilərin DNT-də genetik mutasiyaya yol aça biləcək maddələr də artır.
“Nature Genetics” jurnalında yer alan məqalədə qeyd edilir ki, kişilərdə olan bəzi genlər təkbaşına zərərsizdirlər. Ancaq bu genlər onların uşaqlarının müxtəlif ciddi xəstəliklərdə doğulmasına səbəb ola bilər. Bura uşağın ölü doğması və liliputluq da daxildir. Yaşlı ataların övladlarında şizofreniya xəstəliyi riski də çox olur.
İsraildə aparılan başqa bir araşdırmada isə 40 yaşdan yuxarı olan kişilərin uşaqlarının sağlamlığı ilə bağlı problemlərinin olması 30 yaşdan aşağı ata olanlara nisbətən 6 dəfə çox olduğunu müəyyən edilib.