Qadin.NET / 11 min ailə dağıldı

11 min ailə dağıldı

 

Ötən il dekabr ayının 1-nə olan vəziyyətə görə, Azərbaycanda 11 min nəfər boşanıb.
Dövlət Statistika Komitəsindən Trendə verilən məlumata görə, bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda rəsmi orqanlar tərəfindən 78,5 min nikah halı qeydə alınıb.
Əhalinin hər 1000 nəfərinə hesabı ilə nikahların sayı 9,1, boşanmaların sayı isə 1,3 olub.
2014-cü ilin yanvar-noyabr aylarında Dövlət Miqrasiya Xidmətinin və Daxili İşlər Nazirliyinin müvafıq qurumları tərəfındən Azərbaycana daimi yaşamaq üçün 1534 nəfər gələn və 742 nəfər ölkədən gedən qeydə alınıb.

Mənbə: Milli.Az

 

19 yanvar 2015
GO BACK