Qadin.NET / Bunları bilirsinizmi?

Bunları bilirsinizmi?

 

Bunları bilirsinizmi?

Səudiyyə Ərəbistanı dünyanın ən zəngin ölkəsidir. ANS PRESS-in məlumatına görə, neft zəngini olan bu ölkə haqqında elə maraqlı faktlar var ki onları çox adam bilmir.Səudiyyə Ərəbistanda gündə azı 100 dəvə satılır. İşçi qüvvəsinin 80 faizi əcnəbilərdən ibarətdir. Ölkənin "Ghawar" neft yatağında 4 milyon 770897 olimpiya stadionunu dolduracaq qədər 
neft ehtiyatı var. Hərbi xərcləri ən çox olan 4-cü ölkədir. Ərəbistan bu xərclərə görə ancaq ABŞ,Çin və 
Rusiyadan geri qalır. Səudiyyə Ərəbistanın sahəsi Almaniyadan 6 dəfə böyük olsada, çox hissəsi səhradır. Bu ölkədə dünyanın ən hündür binası inşa edilir. Binanın hündürlüyü 1 km olacaq. 
Kraliyyət qülləsi adlanan binanın maliyyəsi 1.23 milyard dollardır. Səudiyyə Ərəbistanı qadınılara maşın sürməyi qadağan edən yeganə ölkədir. Sükan arxasında yaxalanan qadına ağır cəza verilir. Neft zəngini ölkənin əhalisinin 20 faizi yoxsulluq içində yaşayır. Ölkə əhalisinin 47 faizi 24 yaşdan aşağıdır.Ərəbistanın ancaq səhiyyəyə xərclədiyi vəsait Siena Leonun büdcəsindən 4,5 qat çoxdur. Səudiyyə Ərəbistanının 6 iqtisadi şəhərinin gəliri Keniyanın büdcəsindən 3,5 qat çoxdur. 1992-ci ildə Səudiyyə ərəbistanında 7 və daha çox top buraxan komanda üzvləri qamçılanırdılar. Ancaq bu ölkədə olduqca yaraşıqlı olduğuy üçün kimsə deportasiya edilə bilər. Bir necə il öncə BƏƏ-nin 3 vətəndaşı kimi. 

 

Mənbə: ANS PRESS

19 yanvar 2015
GO BACK