Azərbaycanda sənədsiz evlərin sənədləşdirilməsi üzun illərin problem olsa da, ölkəmiz üçün son illərin ən aktual mövzularından birinə çevrilib. Bu barədə çox danışılsa da və müəyyən texniki-təşkilatı xarakterli işlər görülsə də, məsələ hələlik köklü həllini tapa bilmir. Təkcə Azərbaycanın paytaxtı Bakıda 400 mindən çox sənədsiz tikili var. Həmin tikililərin əksəriyyəti vətəndaşların yaşadığı fərdi evlərdir. Həmin evlərin sənədsiz vəziyyətdə qalması həm orada yaşayanlar, həm də dövlət üçün çoxsaylı problemlər yaradır.
Ekspertlər bu problemin həlli ilə bağlı Azərbaycan prezidentinin sənədsiz evlərin rəsmiləşdirilməsi ilə bağlı imzaladığı Fərmanın mühüm əhəmiyyət daşıdığını bildiriblər.
İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri Əli Məsimli ANS PRESS-ə bildirib ki, hələ dörd il əvvəl, 2011-ci ilin martında Azərbaycan prezidenti İlham Əliyev Bakı şəhər İcra Hakimiyyətinə sənədsiz ev probleminin həllinə yönəlik şəffaf mexanizimin hazırlanması və həmin evlərdə yaşayan vətəndaşlara qarşı heç bir əsassız tələblər irəli sürülmədən həll edilməsi tapşırığını verdi. Prezident Bakı şəhərindəki sənədsiz evlərin sənədləşdirilməsi ilə bağlı aidiyyəti qurumlara, o cümlədən Bakı şəhər İcra Hakimiyyətinə tapşırıq verəndən bir il sonra ayrıca bir sərəncam da imzalamışdı. 2012-ci ilin iyununda verilən həmin sərəncama görə, magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, neft və qaz yataqlarının olduğu torpaq sahələrindəki ev və digər tikililərlə bağlı məsələlərin tənzimlənməsi məqsədi ilə komissiya yaradıldı. Sözügedən komissiya həmin sahələrdə inşa edilmiş yaşayış evlərinə və digər tikililərə aid məsələləri araşdırıb təkliflərini üç ay müddətində prezidentə təqdim etməliydi.
Daha sonra Prezident İlham Əliyev İkinci Regional İnkişaf Proqramının icrası ilə əlaqədar müşavirədə çıxış edərkən bu məsələni yenidən qaldırdı. Bununla əlaqədər olaraq sənədsiz evlərin sənədləşdirilməsi istiqamətində geniş planlı başladı, həmin evlər tikilmə müddətinə müvüfiq olaraq 3 qrupa bölündü və sair.Amma bir tərəfdən, bu işin həcminin çox böyüklüyü və mürəkkəbliyi, digər tərəfdən isə aidiyyatı qurumların özlərinin ləngliyi və digər səbəblərdn nədənsə bu iş xeyli yubadıldı.
O deyib ki, bu sahədə gedən işlərin ilkin nəticələrinin məntiqinə uyğun surətdə və həmin işləri sürətləndirməkdən ötrü bu il
yanvarın 13-də Prezident İlham Əliyevin "Daşınmaz əmlakın dövlət reyestri haqqında ”Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilib və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə fərmanı ilə sənədsiz evlərin qeydiyyata alınması istiqamətində növbəti vacib addım atıldı.
Onun sözlərinə görə, yeni Fərmanın ən mühüm əhəmiyyəti ondan ibarətdir ki, əvvəla, bu Fərman indiyədək mübahisə obyekti olaraq bir sıra manupulyasiyalara, məmur özbaşınalıqlarına və digər qanunsuz hərəkətlərə yol açan “sözügedən evlər qanunsuzdu, yoxa sənədsiz?” dilemmasına aydınlıq gətirdi. Bu fərman təsdiq edir ki, Azərbaycanda bu qəbildən olan evlər qanunsuz yox, sadəcə sənədsizdir. Magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşən tikililərə dünya təcrübəsindən məlum olan xüsusi rejim tətbiq olunacaq. Əli Məsimlinin fikrincə, həmin zonalara düşməyən evlərə münasibətdə isə vətəndaş tikintini layihəsini müvafiq icra orqana təqdim etdikdən sonra 7 iş günü ərzində onların qeydiyyat sənədləri qanunvericiliyə müvafiq surətdə həyata keçiriləcək. Əgər nəzərə alsaq ki, hər 5 sənədsiz ev və ya tikilidən 4-ü təhlükəli zonaya düşməyən evlərdir, onda Prezidentin fərmanı 300 mindən çox evin, yəni sənədsiz evlərin əksər hissəsinin sənədləşdirilməsinə imkan yaradacaq. Beləliklə, sözügedən Prezident fərmanı həm dövlət, həm cəmiyyət, həm də vətəndaş üçün faydalıdır. Bu Fərmanın icrası ilə həmin qəbildən olan evlərdə yaşayanlar orda bu ölkənin tam hüquqlu vətəndaşları kimi yaşaya, qeydiyyata düşə biləcək, yaşadıqları ev ünvanına müvafiq şəxsiyyət vəsiqəsi ala biləcək, uşaqları məktəbə, klinikaya aparanda və digər məqamlarda əvvəlki problemlər yaranılmayaca. Həmin sənədsiz evlər daşınmaz əmləka görə vergiyə də cəlb edilə bilmədiyindən, büdcə də bundan xeyli vəsait itirirdi. Bu sahədəki problem də öz həllini tapacaq və dövlət bundan uduş əldə edəcək. Bu Fərnan sözügedən sahədə mövcud olan digər problemlərin də həllinin sürətləndirilməsinə yol açacaq və həmin problemlərin həlli yubandıqca, onun törətdiyi problemlərin miqyası da daralacaq.
Əmlak Məsələləri Dövlət Komitəsi dövlət başçısının sənədsiz evlərin rəsmiləşdirilməsi ilə bağlı imzaladığı Fərmanla bağlı
mətbuata bildirmişdi ki, bu fərmanın qanunsuz, özbaşına tikilən tikintiləri əhatə etmir, müxtəlif dövrlərdə əlində sənədləri olduğu halda prosesdən yayınmış vətəndaşların problemlərini həll etmək və qeydiyyatı təkmiləşdirmək məqsədi daşıyır. Bu sənədə əsasən, vətəndaşlar öz əmlaklaranı çox çevikliklə qeydiyyatdan keçirəcəklər. Bunun üçün vətəndaşlar Dövlət Reysteri Xidmətinin rayon şöbələrinə müraciət etməlidirlər.
Prezidentin bu sənədi əhali arasında da sevinclə qarşılanıb. Sakinlər bu fərmanla problemlərin həll olunacağına ümidlidirlər: "Sənədsiz evlərin əksəriyyəti həyət evidir. Biz ev tikib, neçə ildir orada yaşayırıq. Prezident 2-3 il əvvəl bununla bağlı göstəriş verdi. Əminik ki, bu sahədəki problem birdəfəlik həllini tapacaq və hər kəs rahat şəkildə öz evində yaşayışını davam etdirəcəklər."
Onu da bildirək ki, vaxtilə ölkə başçısının tapşırığı ilə Komissiya yaradıldı. Komissiya tərəfindən strateji, dövlət əhəmiyyətli, mühafizə zolağına düşən ərazilərdəki, neft quyularının, yüksək gərginlikli elektrik xətlərinin, dəmiryolu xətlərinin yaxınlığındakı, dövlət müəssisələrinin ərazisində tikilən evlərlə bağlı araşdırma aparılıb, bütün lazımi sənədlər toplanaraq Bakı Şəhər İcra Hakimiyyətinə göndərilib. Sadəcə, məsələnin həlli üçün qərar verilməlidir. Hazırda işin əsas yükü Bakı Şəhər İcra Hakimiyyətindədir.
Xatırladaq ki, paytaxtda qanunsuz tikililərin sayı qeyri-rəsmi statistikaya görə, 400-600 min arasındadır. Bu il yanvarın 13-də Prezident İlham Əliyev “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə fərman imzalayıb.
Fərmana əsasən, siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlak hüququnun əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir.
Mənbə: ANS PRESS