"2015-ci ilin yanvar ayında Bakının ilkin və ikinci əl mənzil bazarında qiymətlərin aşağı düşməsi proqrnozlaşdırılır".Milli.Az xəbər verir ki, bu barədə Day.Az saytına MBA Consulting şirkətinin direktoru Nüsrət İbrahimov deyib. Onun sözlərinə görə, ilkin mənzil bazarındakı evlərin qiyməti təxminən 1% aşağı düşəcək. İkinci əl mənzil bazarında isə qiymət azalması 1%-dən çox olacaq. "Ötən ilin dekabr ayında ilkin mənzil bazarında qiymətlər 1.67% aşağı düşüb.Onun sözlərinə görə, ikinci mənzil bazarında qiymətlər 0.68% aşağı düşüb. Həmin müddət ərzində ən bahalı evlər 4-otaqlı mənzillər olub.
Mənbə: Milli.Az