Cazibədar qadınla eşbazlıq etmək kişilərin sağlamlığına olduqca yaxşı təsir göstərir. Alimlərin apardığı araşdırmalar nəticəsində məlum olub ki, gözəl qadın kişi hormonlarını aktivləşdirərək onların özlərini yaxşı hiss etmələrinə səbəb olur.
Qeyd edək ki, ABŞ-ın Kaliforniya universitetinin alimlərinin apardıqları tədqiqatlara 18 yaşdan 24 yaş arasında olan 149 kişi cəlb olunub. Tədqiqat zamanı kişilərin üçdə biri tədqiqatçılarla, qalanları isə öz yaşlarında olan gözəl qadınlarla ünsiyyətdə olub.
Müəyyən olub ki, hətta beş dəqiqəlik ünsiyyət belə kişilərin orqanizmində testosteronun və kortizolun səviyyəsinin artmasına səbəb olur. Tədqiqatçılarla ünsiyyətdə olan kişilərdə isə hormonların səviyyəsinin azaldığı müşahidə olunub.
Alimlər tədqiqatın sonunda belə nəticəyə gəlib ki, kişilər pivə barlarında dostları ilə vaxt keçirməkdənsə, internet çatlarında rəfiqələri ilə əlaqə saxlasalar, daha yaxşı olar.