Qadin.NET / Ağciyərlərinizi qoruyun

Ağciyərlərinizi qoruyun

 

Ağciyərlərinizi qoruyun

Əhalı xroniki bronxitə o qədər də ciddi yanaşmır. (“Öskürəkdir də, neyləmək olar, hamının dərdi var.”) Amma bronxlarda daimi infeksiya mənbəyinin olması bütün orqanizmi zəhərləyir və tədricən ağciyərlərdə dönməz proseslərin yaranmasına gətirib çıxara bilər. 
Bu xəstəlik nədən yaranır? 
Xroniki bronxit - bronxların uzunmüddətli infeksion zədələnməsidir. Bu xəstəliyi tənbəki tüstüsü, toz (bu baxımdan evin tozu daha təhlükəlidir - bilindiyi kii, bu tozun içində hətta kiçik gənələr və başqa mikroparazitlər var), turşular, qələvilər, laklar, boyalar və zəhərli qazların buxarlanması, soyuq hava, burun boşluğunun xroniki soyuqlaması və döş qəfəsinin deformasiyası törədə bilər. Vaxtında müalicə olunmamış xroniki bronxitin nəticələri olduqca kədərli olur: 
xroniki nəfəs çatışmazlığı, 
ürək üçün çox təhlükəli olan ürək-ağciyər çatışmazlığı, 
ağciyərin efizeması, 
pnevmoniya, 
astma və hətta ağciyər xərçəngi . 
Sinəni nəsə əzir
Bu xəstəliyin əsas əlaməti - şəffaf, boz-sarı, yaşılımtıl, bəzən isə qanlı bəlğəmlə müşahidə olunan vaxtaşırı öskürəklərdir. Amma digər simptomlar da var: 
* sinədə ağırlıq və ağrı duyulur; 
* tənəffüs çətinləşir;
* kəskin tənəffüs zamanı xırıltı yaranır;
* gecələr və azacıq fiziki iş görəndə tərləmə baş verir;
* istilik tez-tez +37- 37,5 dərəcəyədək yüksəlir. 
Əgər öskürək sizi 2-3 ay ərzində rahatsız edirsə, hökmən pulmonoloqa müraciət edin. Və həkimin təyinatlarına qeydsiz-şərtsiz əməl edin. 
Ağçiyərin təhlükəsizliyi üçün qaydalar
Tez sağalmaq üçün sıradakı qaydalara əməl edin: 
* döşəmə hər gün yuyulmalı və evin tozu alınmalıdır;
* müntəzəm şəkildə evin havasını dəyişin;
* siqaret çəkirsinizsə, iradənizi toplayıb onunla vidalaşın;
* gündəlik olaraq gəzintiyə çıxın (ağciyərə təzə hava vacibdir);
* yağlı və qızardılmış xörəkləri az yeyin, imkan daxilində yeməyinizə bişirilmiş alma və armud, həmçinin ballı mərsin şirəsi əlavə edin. Bu qidalar bronxları bəlğəmdən təmizləyir. 
Mayedən çox istifadə edin
Həkimlər xroniki bronxitin yalnız dərmanlarla müalicə olunmayacağı fikrində həmrəydirlər. Ona görə də bu cövhərlərdən yararlanın: 
* 4 xörək qaşığı gülxətmi kökü, hərəsindən 2 xörək qaşığı biyan kökü, dəvədabanı yarpağı, razyana meyvəsi və 1 xörək qaşığı xəşəmbul çiçəyini qarışdırın;
* hərəsindən 1 xörək qaşığı üçləçək bənövşə, kəklikotu, nanə yarpağı, bağayarpağı və ballıca götürün. 
1 litr qaynanmış suya bu qatışıqlardan 2 xörək qaşığı əlavə edin, 20 dəqiqə su buxarında qızdırın, süzgəcdən keçirib sıxın və yarım stəkan qaynar su əlavə edin. Ondan gün ərzində 5-6 dəfə stəkanın 1/4 qədərində qəbul edin. Müalicə kursu 4 aydan az olmamalıdır. 
Ümumiyyətlə, gün ərzində 3-3,5 litr maye - limonlu çay, yaxud cökə və ya xəşəmbul balıyla, moruq mürəbbəsiylə çay için. Yeri gəlmişkən, gilas kompotu əla bəlğəmqovucu vasitədir.
Bəlgəmi təmizləyin
Gün boyunca istənilən bələğmqovucu mayeni qəbul etmək olar. Ağ turpu sürtgəçin narın gözündən keçirərək, şirəsini cuna vasitəsilə sıxıb çıxarın və onu balla 1:1 nisbətində möhkəm qarışdırın və gündə dörd dəfə yeməkdən əvvəl ondan 2 xörək qaşığı için. 
Yuxudan öncə 10-15 dəqiqə ərzində şamağacı qozasının həlimi ilə inqalyasiya edin:1 stəkan suya bu xammaldan 1 xörək qaşığı əlavə edib 15 dəqiqə vam odda qızdırın və ona 5-10 damcı sidr yağı əlavə edin. 
Əgər bronxit təngnəfəslik və ya tövşümə həddinə çatıbsa, yulaf həlimi hazırlayın: 2 litr südə yarim stəkan yulaf qatın və sobada 2 saat bişirin. 2 həftə müddətində gecələr bu məlhəmdən 1 stəkan qəbul edin.

Mənbə: ANS PPESS

 

19 yanvar 2015
GO BACK