Qadin.NET / Kök adamların beyini balaca olur

Kök adamların beyini balaca olur

 

Kök adamların beyini balaca olur

Amerikalı alimlər müəyyənləşdiriblər ki, artıq çəkisi olan adamların beyini normal çəkili həmyaşıdları ilə müqayisədə 16 il yaşlı görünür. ANS PRESS, “New Scientist” jurnalına istinadən xəbər verir ki, Los-Ancelesdəki Kaliforniya Universiteti əməkdaşlarının araşdırmalarına nevrologiya professoru Pol Tomson rəhbərlik edib. 
Araşdırmaçılar təxminən 70 yaşlı 100-ə yaxın adamın beyin tomoqramlarını öyrəniblər. Məlum olub ki, çəkisi artıq olan adamlarda beyin normal çəkili adamlardakından balaca olur. Alimlərin fikrincə, kök adamlarda beyininin kiçilməsi qan dövranının pozulması ilə bağlıdır. Beyin oksigenlə tam təmin olunmur və nəticədə hüceyrələr ölməyə başlayır.

Mənbə: ANS PRESS

 

19 yanvar 2015
GO BACK