Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) xəbərdarlıq edib.
ÜST-ün xərçəng xəstəliyi üzrə tədqiqat fondu valideynlərə yeni dərs mövsümündə övladlarının qidasına xüsusi diqqət ayırmağı tövsiyə edib.
Belə ki, ÜST-ün xərçəng xəstəliyi üzrə tədqiqat fondu dərs mövsümündə uşaqlara məktəbə ətli buterbrodlar, bütün növ kolbasa məmulatları- salyami (bərk kolbasa növü), sosika, (nazik kolbasa) vetçina, (qaxac edilmiş donuz əti, donuz budu) duzlu və hisə verilmiş ət və s. məhsulları verməməyi məsləhət görür.
Məsələ burasındadır ki, kolbasa istehsalçıları ət məhsullarına iştahgətirici görkəm vermək üçün onların tərkibinə bol miqdarda “xərçəng əmələ gətirən nitrat natrium maddəsi” qatır. Bu maddə qatılmadıqda isə kolbasa məhsullarında boz-yaşıl rəngli çalarlar yaranır.
Alimlər məsləhət görür ki, kolbasa məmulatlarını toyuğun ağ əti və ya balıq, yumurta və pendirlə əvəz etmək olar.
ÜST-ün xərçəng fondu donuz, mal, qoyun və ev dovşanı ətinin istifadəsini həftə ərzində 500 qrama kimi azaltmağı tövsiyə edir.