Mütəxəssislər ürək-damar xəstəliklərinin qarşısını almaq üçün aspirindən istifadə etməyi məsləhət görmürlər. ANS PRESS, TRT-nin internet səhifəsinə istinadən xəbər verir ki, İngiltərədə keçirilən “Aspirin for Asymptomatic Atherosclerosis” adlı araşdırmanın nəticələrinə görə aspirin ürək-damar xəstəliklərində laxtalanmanın qarşısını almaq təsirinə malik olsa da, ondan hər gün istifadə olunması qanaxma riskini çoxalda bilər. Edinburq universitetinin akademiki Ceri Foukes bu nəticələri Barselonada keçirilən “Avropa kardiologiya qurultayı”nda təqdim edib. Araşdırmaya dəstək verən ingilis professor Peter Veisberq bildirib ki, hər gün az dozada istifadə olunan aspirin infarkt və ya beyin qanaxması təhlükəsini azaltsa da, ürək-damar xəstəliyi olmayan insanların bu xəstəliyin qarşısını almaq üçün aspirindən istifadə etməsi qanaxma təhlükəsi yarada bilər.