Şam yeməyi və ya vanna qəbul edərkən romantik ab-hava yaratmaq üçün adətən ətirli şamlardan istifadə olunur. Bu atributlar insan əhval-ruhiyyəsinə olduqca xoş və pozitiv təsir göstərir.
Alimlər bu gözəl əşyalarla bağlı yeni açıqlamalar ediblər. Onların iddialarına görə, şamlar yanan zaman onlardan gələn qoxu insan orqanizminə oluqca zərərli təsir göstərir.
Araşdırmalar zamanı məlum olub ki, şamda olan ucuz keyfiyyətli boyaq maddəsi və parafin insan orqanizmində xərçəng, astma və ekzema xəstəliyinin yaranmasına gətirib çıxarır.
Qeyd edək ki, bu atributlardan hərdən bir istifadə etmək təhlükəli sayılmır, lakin işıq pis keçirilən məkanlarda onların müntəzəm olaraq istifadəsi məsləhət görülmür.
Alimlər böyük miqdarda ətirli şamlar üzərində tədqiqat aparıblar. Məlum olub ki, belə şamlar yanan zaman benzol (anilin və partlayıcı maddə hazırlamaq üçün istifadə olunan rəngsiz maddə) və toluol (daş kömür və neft qalıqlarından hazırlanan ətirili maddə) kimi maddələr ayrılır.