Qadin.NET / Uşağınız bol olsun

Uşağınız bol olsun

 

Uşağınız bol olsun

“Mən uşaq olanda bir küçədə olan 5 evdən 30-a yaxın uşaq çıxırdı. Çünki hər evdə azı 5-6 uşaq yaşayırdı. İndi isə bu küçədəki eyni evlərdə cəmi 7 uşaq var”. Bunu indi ailələrdə uşaqların sayının az olmasından şikayətlənən 80 yaşlı Dadaş dayı deyir. Onun sözlərinə görə, imkansızlıq, yoxsulluğa baxmayaraq o dövrdə ailədə uşaqların sayı daha çox olurdu. Amma indi müstəqillik dövrü, uşağa baxmaq üçün kifayət qədər yaxşı imkanlar olsa da gənclər çox uşağa sahib olmağa meyilli olmurlar. 
Bir vaxtlar Azərbaycan çoxuşaqlı anaların sayına görə SSRİ-də ilk sıralarda yer alırdı. Bəzən ailələrdə uşaqların sayı 10-12-yə çatırdı. 1944-cü ildən etibarən 10 və ya daha çox uşağı olan qadınlara “qəhrəman ana” statusu verilir, onlara imtiyazlar tədbiq edilir, medalla mükafatlandırıldılar. Rəsmi rəqəmlərə görə, sovet dönəmində ümumilkdə 431 min qadın bu ada layiq görülüb. 
İndi isə ən yaxşı halda ailələr 3 övlada sahib olmağa çalışırlar və üstəlik indi belə ailələri çoxuşaqlı ailə hesab edirlər.
Mütəxəssislər hesab edirlər ki, nəinki Azərbaycanda, ümumilikdə dünyanın bir çox ölkəsində uşaqların sayında müşahidə edilən azalma gələcəkdə demoqrafik problemlərə yol aça bilər. Artıq Rusiya, Avropa ölkələrində gələcəkdə onları gözləyə biləcək demoqrafik problemlərin həllini indidən düşünməyə başlayıblar. Belə ki, dünyanın inkişaf edən ölkələrində çoxuşaqlı ailələrə təminatlarla bağlı qanunlar qəbul olunub. Bu ölkələrdə ailədə doğulan hər uşağa görə, güzəştlər tədbiq edilir, pul vəsaiti ayrılır. Götürək şimal qonşumuz olan Rusiyanı. Burada qanunvericilikdəki dəyişiklərə görə, çoxuşaqlı ailələrə komunal xidmət haqlarında 30%-ə qədər güzəşt, ictimai nəqliyyatda pulsuz getmək, 6 yaşa kimi müəyyən dərmanları ödənişsiz almaq, 
Çoxuşaqlı ailələrin uşaqlarına məktəblərdə gündə iki dəfə pulsuz yemək, yaşayış yeri üçün sahə, sanatoriya göndərişi və sairə nəzərədə tutulur. Bundan əlavə çoxuşaqlı ailə sahiblərinin işlə təminatına da köməklik göstərilməlidir. 
Beynəlxalq qurumlar Rusiyada əhalinin 2050-ci ildə 90 milyona düşəcəyini proqnzlaşdırırdılar. Lakin stimullaşdırıcı tədbirlər sayəsində 2008-də əhalisi 142 008 838 olan Rusiyanın sakinləri indi 143 369 806 nəfərə çatıb. 
2011-ci ildə bir anaya düşən orta uşaq göstəricisi 2,4 olub. Müqayisə üçün bilduirək ki, 1984-cü ildə bu göstərici 3-ə, 1971-ci ildə 4,6, 1959-cu ildə isə 5-ə bərabər olub. Göründüyü kimi bu göstəricidə azalmaya doğru böyük meyil var. 
Gənc ailələr isə 1-2 uşaqla kifayətlənmələrinə səbəb kimi fiziki və maddi imkanlarının, imtiyazların olmaması ilə izah edirlər. 
Qeyd edək ki, Azərbaycanda yaşı 18-dək olan ailərin sayı 1,3 milyondur. Bu ailələrdən böyük əksəriyyəti (529 mini) ikiuşaqlıdır. Maraqlısı budur ki, şəhər və kəndlərdə eyni göstərici mövcuddur. Azərbaycanda 3 uşaqlılar 261 min, 4 və daha çox uşaqlılar isə (ümumi ailələrin 10 faizi) 126 mindən çoxdur. 
Artıq ölkədə bu problemin həlli üçün də addımlar atılır. Belə ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) çoxuşaqlı ailələrə bir sıra güzəştlər və imtiyazların verilməsini təklif edir. Komitənin Hüquq şöbəsinin müdiri Taliyə İbrahimovanın sözlərinə görə, "Çoxuşaqlı ailələrə dövlət dəstəyi haqqında" qanun layihəsi Milli Məclisə təqdim edilib. 
Təkliflərə görə, çoxuşaqlı ailə dedikdə, övladlığa götürülən uşaqlar da daxil olmaqla, tərkibində 5 və daha çox 18 yaşına qədər, habelə 3 və daha çox əkiz uşaqları olan və onları 18 yaşınadək tərbiyə edən ailə nəzərdə tutulur. Müzakirələr zamanı göstərilən say tərkibində müvafiq dəyişikliklər də oluna bilər. 
Təkliflərdə çoxuşaqlı ailələrin uşaqları dövlət ali və orta ixtisas məktəblərinin ödənişli fakültələrində güzəştli təhsil almaq, dərs ləvazimatları, məktəbli və idman formaları ilə pulsuz təmin olunması, 6 yaşa kimi uaşaqlara həkim resepti ilə alınan dərmanların pulsuz verilməsi, nəqliyyatdan istifadəyə görə kompensasiya, istirahət obyektlərinə pulsuz göndəriş və sairə təkliflər var. Layihə hazırlanarkən bir sıra Avropa və MDB dövlətlərinin bu sahədəki təcrübəsi öyrənilib.
Millət Məclisin sosial siayasət komitəsinin üzvü, millət vəkili Musa Quliyev ANS PRESS-ə açıqlamasında adıçəkilən komitədən parlamentə heç bir layihə təqdim edilmədiyini, lakin Azərbayacanda uşaqlarının sayını artırmaq üçün stimullaşdırıcı qanuna ehtiyac olmadığını düşünür. Onun sözlərinə görə, indi ildə 170 mindən çox uşaq doğulur 70-80 min nəfərdə dünyasını dəyişir. Bizə isə əsas doğulan uşaqların sağlam olması, yaxşı təlim-təhsil alması lazımdır. 
“Biz işimizi elə istiqamətdə qurmalıyıq ki, uşaqlar yaxşı təhsil, tərbiyə alsınlar, dil öyrənsinlər. Mən düşünmürəm ki, bu gün Azərbayacanda çoxuşaqlı ailələrə xüsusi imtiyazların verilməsinə ehtiyac var”. 
Azərbaycanda isə əhalainin böyük əksəriyyəti cavanların təşkil etdiyini deyən, M.Quliyev Rusiya, Ukrayna kimi demokrafik proseslər mənfi isrtiqamətdə gedən,əhalinin qocaldığı ölkələrdə stimullaşdırıcı tədbirlərə ehtiyac olduğu qənaətindədir. 
Ailədə tək və ya 2 uşağın olması isə ancaq demoqrafik göstəricilərin düşməsi deyil, həm də psixoloji çatışmazlıqlarada zəmin yarada bilər. Ailədə tək böyüyən uşaqların 98%-i ərköyün, eqoist və əsəbi olur. Onlar ailədə tək olduqda və qayğının yalnız onlara istiqamətləndiyini gördükdə bu əhval-ruhiyyə ilə böyüyür və böyüdükdə, məktəb və ali təhsil dövrlərində, yoldaşlıq etdikdə, ailə qurduqda və s. özlərini eyni şəraitdə görmək istəyirlər. Belə bir hal yarandıqda belə, nəyin bahasına olur-olsun, onları üstələməyə və irəli keçməyə can atarlar. Düzdür, rəqabət və irəliləyiş yaxşı xüsusiyyətdir. Lakin onların bu istiqamətdə nümayiş etdirdikləri rəqabət hissi daha çox aqressivlikdən və özünüsevərlikdən irəli gəlir. 
İlahiyyatçı İsmayıl Əhmədovun sözlərinə görə, ailədə tək böyüyən övladlar bunun çətinliyini böyüdükdə daha çox hiss edirlər. “Tək övlad heç bir ölcüyə gəlməyən valideyn haqqını yerinə yetirməkdə aciz qalar və bununla da başqa bir ictimai tənəzzülə səbəb olar.Ailədə tək övladın olmasının törətdiyi fəsadlar bununla məhdudlaşmır". 
Belə ki, evlilik mərhələsində və daha sonra nəsil artımının təmin olunmasında da öz çatışmazlığını ortaya qoyur. Ailədə iki övladın olması da artıma səbəb olmur. Çünki iki uşaq yalnız ata və anasının yerini doldurmuş olur. Belə bir göstərici əsasında deyə bilərik ki, ailənin artımı üçün ən azı üç və ya dörd övladın olması lazımdır.
Ailədə iki və daha çox övladın olması ana məhəbbətinin bərabər şəkildə paylaşmasına və paylaşdıqca daha da artmasına səbəb olur. 

Mənbə: ANS PRESS

 

19 yanvar 2015
GO BACK