Qadin.NET / Müsəlman uşağın xeyirxahlığı

Müsəlman uşağın xeyirxahlığı

 

Müsəlman uşağın xeyirxahlığı

Dünyanın istənilən yerində xoşniyyətlə atılan addım təqdirlə qarşılanır. Kimliyindən asılı olmayaraq kasıba, yetimə, qocalara, uşaqlara əl tutmaq, kömək etmək xeyirxahlıq nümunəsidir. Tanrının yaratdığı bəşər övladı daim bu istəklə yaşamalı, imkanı daxilində kömək əlini uzatmalı, bu nəcib hissiyatı özündən kənar tutmamalıdır.Sosial şəbəklərdə paylaşılan bir videoya baxdıqda hər şey aydın olur. Küçələrə atılmış qoca ayaqyalın gəzir. Çünki onun ayaqqabısı olmadığı üçün ayağı çox ağrıyır və bu ağrılardan böyük əziyyət çəkir. Başqa çarə tapa bilməyən kişi özünə plastik qabdan ayaqqabı düzəldir. Qocanın bu hərəkəti insan ürəyini göynədir. Bu qocanı daim kənarda izləyən bir varlı insanın oğlu qocanın bu vəziyyətinə dözə bilmir. O evlərindən xəlbət pul götürüb mağazadan həmin qoca üçün ayaqqabı alır və gətirib ona verir. Oğlunu axtaran ata bu mənzərənin şahidi olduqda gülümsəyir və övladının bu xeyirxahlığına könüldən sevinir.

 

Mənbə: ANS PRESS

17 yanvar 2015
GO BACK