“Azərbaycanda heç bir müəllim işdən azad olunmur”.ANS PRESS-in məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov bu gün keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, qonşu ölkələrdə müəllimlərin attestasiyası aparılır və müəyyən həddi keçməyənlər işsiz qalır, ancaq bizdə bu belə deyil. Nazir qeyd edib ki, Azərbaycanda daha humanist addım atılır:
“Biz çalışırıq ki, sınaq qiymətləndirmədə aşağı qiymətləndirən müəllimlər daha yaxşı çalışsın və bilik-bacaraqlarını artırsın. Hər bir prosesin həyata keçirilməsi üçün vaxt tələb olunur. Biz mərhələli şəkildə bu işləri həyata keçirik. Təhsil Strategiyasına uyğun olaraq müəllimlərə aydın nəticələrə əsasən əməkhaqqı artımı və iş yerini yaxşılaşdırılması kimi addımlar atılır”.
Nazir bildirib ki, Azərbaycanda müəllim-şagird nisbəti də kifayət qədər aşağıdır. Beynəlxalq təcrübəyə də baxdıqda bunu müşahidə etmək olur. Nazir bu nisbətin artırılması prosesinə başlanılmasının vacibliyini vurğulayıb.
Mənbə: ANS PRESS