Qadin.NET / Müsəlmanlar ayağa qalxdı

Müsəlmanlar ayağa qalxdı

 

Müsəlmanlar ayağa qalxdı

Fransanın “Charli Hebdo” jurnalının yayımladığı Məhəmməd Peyğəmbərin karikaturaları müsəlman ölkələrində hiddətə yol açıb.ANS TV-nin məlumatına görə, Fransanın həftəlik satirik jurnalı eyni zamanda Əlcəzairdə nadir hallarda təşkil olunan kütləvi etiraz aksiyasına yol açıb. Minlərlə əlcəzairli paytaxt mərkəzinə toplaşaraq “mən Şarli deyiləm, mən Məhəmmədəm “ şüarı səsləndirib. Təhlükəsizlik qüvvələrinə şüşə qablar atıb, onları daş atəşinə tutub. 
Toqquşmalarda polis etirazçiları dağıtmaq üçün gözyaşardıcı qaz tətbiq edib. Daha sonra bir qrup fəal Parlament qarşısına yürüş etmək məqsədilə polis zəncirini qırması vəziyyəti daha da gərginləşdirib. Küçələr döyüş meydanına çevrilib. Həbs olunanların olduğu bildirilir. 

 

Mənbə: ANS PRESS

17 yanvar 2015
GO BACK