Qadin.NET / Falçılar niyə sapa düyün vururlar?

Falçılar niyə sapa düyün vururlar?

 

Bəzən özünə baxıcı, falçı deyən şəxslər guya insanların çətin işini həll etmək üçün sapa düyün vururlar. Bu əməl doğrudurmu? 

Milli.Az islam.az-a istinadən bildirir ki, fal, cadu və sairə əməllərlə məşğul olmaq da, onlara müraciət etmək də haramdır, Allah yanında böyük günahdır. İkincisi, sapa düyün vurmaqla heç zaman insanın çətin işini həll etmək olmaz. Əksinə, dini və qeyri-dini mənbələrdən məlumdur ki, cadugərlər bu yolla insanların işini çətinliyə salır, onlara ziyan yetirməyə çalışırlar. 
Hətta Qurani-kərimin Fələq surəsində buyurulur: “(Ovsun oxuyub) düyünlərə üfürən (yaxud: cadu edib iplərə düyün vuran) qadınların şərindən (Allaha sığınıram)”. Bu işlə məşğul olanlar heç zaman özləri iddia etdikləri kimi insanların çətin işlərini “aça” bilməzlər. Onlar yalançı və günahkardırlar.
Mənbə: Milli.Az

 

17 yanvar 2015
GO BACK