Qadin.NET / Türkiyə prezidentinin bu jesti ermənilərə "tərs şillə" oldu

Türkiyə prezidentinin bu jesti ermənilərə "tərs şillə" oldu

 

 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistan prezidenti Serj Sarkisyanı aprelin 24-də Çanaqqala qələbəsinin 100 illiyinin qeyd edilməsi münasibətilə təşkil olunacaq bayram şənliklərinə dəvət edib. Bu barədə Trend Türkiyənin "Milliyet" qəzetinə istinadən məlumat verib.Məlumata əsasən, Ərdoğan Sarkisyanla yanaşı, 102 dövlət rəsmisini 24 apreldə Çanaqqala qələbəsinin 100 illiyinin qeyd edilməsi üçün təşkil olunacaq şənliklərə dəvət edib.Dünən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyədə aprelin 24-də Çanaqqala döyüşündə qazanılmış qələbənin 100 illiyinin qeyd ediləcəyini bildirib.Onun sözlərinə əsasən, həmin gün Türkiyəyə bir sıra ölkələrin dövlət başçıları dəvət ediləcəklər.Qeyd edək ki, Ermənistan aprelin 24-də qondarma "erməni soyqırımı"nın 100 illiyini qeyd etməyə hazırlaşır.

Mənbə: Milli.Az

16 yanvar 2015
GO BACK