Qadin.NET / İŞİD Fransaya hücum etdi

İŞİD Fransaya hücum etdi

Parisdəki "Charlie Hebdo" satirik jurnalı gülləbaran ediləndən sonra "İraq və Şam İslam Dövləti" (İŞİD) terror təşkilatı Fransada aktivləşmək qərarına gəlib.Milli.Az Le Monde-a istinadən bildirir ki, İŞİD tərəfdarı olan hakerlər ölkədə 19 mindən artıq sayta hücum ediblər.Fransanın Kiberhücumlardan Müdafiə Xidmətinin rəhbəri, kontr-admiralArno Kustelyenin dediyinə görə, hakerlər "Fələstinə azadlıq! Fransaya ölüm! "Charlie Hebdo"ya ölüm!" şüarı ilə hərəkət ediblər.
İŞİD tərəfdarları olan hakerlər bu yaxınlarda ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının saytına da hücum etmişdilər.
Mənbə: Milli.Az

 

16 yanvar 2015
GO BACK