Qadin.NET / Azərbaycanda qızıl bahalaşdı

Azərbaycanda qızıl bahalaşdı

 

Vergi Məcəlləsindəki dəyişikliklər qızılın qiymətinə təsirsiz ötüşmədi Azərbaycanda qızıl məmulatları bahalaşıb. Milli.Az lent.az-a istinadən xəbər verir ki, paytaxtın böyük ticarət mərkəzlərində satılan qızılın qiymətində xeyli artım müşahidə edilir. Artım təxminən 23-30 faiz təşkil edir.

Satıcılar qiymətin artmasına səbəb kimi, Vergi Məcəlləsində edilmiş son dəyişiklikləri əsas gətirirlər.
Qeyd edək ki, iqtisadçılar da qızılın bahalaşmasını qaçılmaz hesab edir. Buna əsas səbəbi dünya bazarında müşahidə edilən artımlar nəticəsində idxal olunan anoloji məhsulların xərcinin yüksəlməsi ilə yanaşı, bu ilin yanvarın 1-dən aksiz vergisi dərəcəsinin artırılmasıdır.

Mənbə: Milli.Az

 

16 yanvar 2015
GO BACK