Qadin.NET / 14 il əvvəl...

14 il əvvəl...

 


14 il bundan əvvəl, 15 yanvar 2001-ci il tarixində Wikipedia internet layihəsi yaradılıb. Bu resurs indi dünyada ən çox izlənən informasiya resurslarından biridir.

 

Milli.Az İCT nevs-a istinadən bildirir ki, açıq lisenziya əsasında yayımlanan veb ensiklopediyanın yaradılması ideyası 1999-cü ildə açıq proqram təminatının (OpenSource) banisi Riçard Mettyu Stollman tərəfindən təklif edilib.
15 yanvar 2001-ci ildə Cimmi Ueyls və Larri Senqer ayrıca layihə (Wikipedia) yaradıblar. Bundan ötrü saytın tərkibini kollektiv şəkildə yaratmağa və redaktəyə imkan verən viki texnologiyasından istifadə edilib. Yeni layihənin adı viki (sürətli, tez) və ensiklopediya sözlərindən yaranıb. Əvvəlcədən Wikipedianın məzmunu açıq lisenziya əsasında yayımlanıb, onun yaradıcıları isə bu internet layihəsinin səhifələrində reklam yerləşdirilməsindən imtina ediblər.
Wikipedia-nın istifadəsindən bir ay sonra artıq mininci məqalə hazırlanıb, 2001-ci ilin sonunadək isə ensiklopediyada təxminən 20 min məqalə var idi. Alexa reytinqinə əsasən Wikipediaindi populyarlığına görə dünyanın yeddinci saytıdır və onun səhifələrinə aylıq 19 milyard dəfədən çox baxılır. Wikipedia 288 dil bölməsinə malikdir, məqalələrin ümumi sayı 34 milyondan çoxdur.
Mənbə: Milli.Az
16 yanvar 2015
GO BACK