Sumqayıt şəhəri bir gün boyu susuz qalacaq. Bu barədə Milli.Az-a "Azərsu"nun mətbuat xidmətindən məlumat veriblər.
Məlumatda deyilir ki, Sumqayıt şəhərində magistral su xətlərində yenidənqurma işlərinin aparılması ilə əlaqədar 16 yanvar, 2015-ci il tarixdə gün ərzində Sumqayıt şəhərinin 1, 2, 6, 11,13-cü mikrorayonlarına, 4,5,17 və 45-ci məhəllələrinə, həmçinin Corat qəsəbəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Mənbə: Milli.Az