Qadin.NET / "Putin yenə prezident olsun" - SORДћU

"Putin yenə prezident olsun" - SORДћU

APA-nın verdiyi məlumata görə, "Levada-Mərkəzi"nin keçirdiyi sorğunun nəticələri belə deməyə əsas verir.2014-cü ilin 19-22 dekabr tarixlərində keçirilən sorğu zamanı respondentlərin 55 faizi 2018-ci ildə V.Putinin yenidən prezident seçilməsini istədiyini bildirib. Sorğuda iştirak edənlərin 18 faizi isə hesab edir ki, 2018-ci ildə Rusiya prezidenti problemlərin başqa yolla həllini təklif edən şəxs olmalıdır. Öz növbəsində, rəyi soruşulanların 10% düşünür ki, prezident kürsüsünə V.Putinin siyasətini davam etdirəcək yeni bir sima seçilməlidir.Həmçinin məlum olub ki, Rusiyada əhalinin 54 faizi Putini əvəz edə biləcək şəxs yoxdur. Respondentlərin 24 %-i isə hesab edir ki, lazım olsa, Putini əvəz edəcək şəxsi tapmaq olar.Qeyd edək ki, sorğu Rusiyanın 46 regionunun 134 yaşayış məntəqəsində 1600 nəfər arasında keçirilib. Sorğuda iştirak edənlərin yaşı 18-dən yuxarı olub.

Mənbə: Milli.Az

15 yanvar 2015
GO BACK