Trend-in Rusiya mətbuatına istinadən verdiyi məlumata əsasən, müəlliflər şüşə probkalarından çəllək formasında hazırlanmış nəhəng mozaikaya birinci yeri veriblər.Mozaikanı ruslar və fransalılar birgə hazırlayıblar. Kompozisiya 150 kvadratmetri əhatə edir. Onun hazırlanması üçün 285 min probka və 270 kiloqram yapışqandan istifadə edilib.
Mənbə: Milli.Az