Qadin.NET / Ərdoğan: "Azərbaycana dəstək davam edəcək"

Ərdoğan: "Azərbaycana dəstək davam edəcək"

 

Ərdoğan: "Azərbaycana dəstək davam edəcək"

"Azərbaycan ilə aramızda əlaqələri daha da yüksək səviyyəyə qaldıracağımızdan heç şübhəmiz yoxdur. Siyasi məsələlərdə Türkiyə ilə Azərbayacan arasında hər hansı bir problemdən söhbət gedə bilməz. ANS PRESS-in məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın dövlət başçısı İlham Əliyevlə birgə keçirdiyi mətbuat konfransında deyib. 
Onun sözlərinə görə, iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 5 milyard dollardır. 2023-cü ildə isə bu rəqəmin 15 milyard dollara qaldırılması planlaşdırılır. 
Ərdoğan həmkarı ilə görüşdə çox məsələlərlə bağlı fikir mübadiləsi apardıqlarını da deyib. "Dağlıq Qarabağ ilə bağlı son məlumatları da aldıq. Bir məsələni bir daha xatırladıram - Dağlıq Qarabağ problemi Azərbaycanın ərazi bütövlüyü çərçivəsidə həll edilməlidir. Azərbaycana dəstəyimiz bundan sonrada davam edəcək. Son dərəcə həssas oldiuğumuz bu məsələdə Türkiyə olaraq bizim mövqeyimiz qətidir. Bundan geriyə adım atmağımız əsla mümkün deyil".

 

Mənbə: ANS PRESS

15 yanvar 2015
GO BACK