"Mehr" xəbər agentliyinin məlumatına görə, dünya bazarında neftin qiyməti son 6 ildə ən aşağı səviyyəyə çatıb. Belə ki, qara qızıl dəyəri 45 dolara kimi düşüb.
Hələ ötən ilin iyun ayında neftin qiyməti özünün rekord göstəricilərindən birinə çatmışdı. Bareli 115 dollara olan neft bir necə ay sonra 50 dollardan belə aşağı düşüb.
Qiymət göstəricisindəki belə fərqə səbəb kimi isə Asiya və Avropa iqtisadiyyatında sürətin azalması ilə neftə təlabatın düşməsi, OPEK-in neft hasilatını azaltmaması göstərilirdi.
Mənbə: ANS PRESS