Qadin.NET / Azərbaycanda bu şəxslərə güzəştli sosial ipoteka kreditləri veriləcək

Azərbaycanda bu şəxslərə güzəştli sosial ipoteka kreditləri veriləcək

 

Azərbaycanda dövlət tərəfindən gənc alimlərə və elmi işçilərə mənzillə təmin olunması və mənzil şəraitinin yaxşılaşdırılması üçün güzəştli sosial ipoteka kreditləri veriləcək, o cümlədən bu kateqoriyadan olan şəxslərə torpaq sahələri ayrılacaq.
Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı yeni hazırlanan “Elm haqqında” qanun layihəsində ayrıca 38.9 və 38.10 maddələri təsbit olunub.
Maddə 38.9-a görə, “dövlət mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan elmi işçilərin, o cümlədən gənc alimlərin mənzil sahəsi ilə təmin olunması üçün şərait yaradır, onlara güzəştli sosial ipoteka kreditlərinin verilməsini təmin edir".
Maddə 38.10-da isə deyilir ki, “dövlət yaşayış sahəsi olmayan gənc alim və elmi işçilərə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada torpaq sahəsinin ayrılmasını təmin edir”.
Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub və yaz sessiyasının ilk iclasında müzakirəyə çıxarılması gözlənilir.

Mənbə: Milli.Az

 

15 yanvar 2015
GO BACK