Qadin.NET / Bakıda sürüşmə aktivləşdi

Bakıda sürüşmə aktivləşdi

 

Zığ sürüşmə sahəsində aktivlik artıb. Ans press xəbər verir ki, ANS TV-nin məlumatına görə, son yağıntılardan sonra bəzi sürüşmə zonalarında stabillik yaşansa da, Zıg sürüşmə sahəsində aktivlik artıb. Sürüşmə zamanı yaranan çatlar qismən genişlənib, xüsusilə evlərin tavan, döşəmə və fasadında qəzalı vəziyyət yaranıb. Artıq ərazidə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mühəndis Gealogiyası Ekspedisiyası monitorinqlər də aparıb. Monitorinqlərin nəticələrinə görə ərazidəki bir çox evlər yaşayış üçün yararsız hesab olunub.
Ekoloqlar baş verən sürüşmə hadisələrini yağıntılarla yox, qrunt suları, adıçəkilən ərazilərin rütubətliliyə meylli olması ilə izah edirlər. Bundan başqa, bir səbəb kimi həmin ünvanlarda aparılan tikinti işləri göstərilir. Ekoloq Telman Zeynalov hesab edir ki, bu cür təbiət hadisələrinin baş verməsində insan müdaxiləsinin birbaşa rolu var.
“Həm suyun sürəti, həm qrunt suların səviyyəsi, həm də laylardakı suyun gücü artır, genişlənir, nəticədə sürüşmə baş verir. Bir vaxtlar yamaclarda ağaclar əkirdilər ki, sürüşməni zonasında sürüşmənin minumuma edirsinlər. İndi onlar varmı? Xeyr”, – deyə Ekoloq Telman Zeynalov bildirib.
Düzdür hazırda aidiyyatı qurumlar Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə bəzi sürüşmə sahələrindəki qəzalı şəraiti aradan qaldırıblar. Xətai rayonu, Gəncə prospektindəki sürüşmə təhlükəsi, demək olar ki, tamamilə sovuşub. Bayıl ərazisində istinad divarları çəkilib. Hazırda paytaxt, eləcə də respublika ərazisindəki sürüşümə zonalarında monitorinqlərin davam etdiyini deyən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının ekzogen geoloji proseslərin öyrənilməsi partiyasının rəisi Sadiq Əmiraslanov Masazırda qeydə alınan yeni sürüşmə sahəsində də vəziyyətin stabil olduğunu bildirdi.
“Əslində Bayıl yamacı klassik bir sürüşmə sahəsidir. Bu başqa bir ərazidir. Hansı ki, məqbərədən Neftçilər prospektinə kimi olan ərazidir. Həmin ərazidə sürüşməyə qarşı müdafiə tədbirləri həyata keçirilib. Sürüşmə stabil vəziyyətdədir. Digər Abşeron yarımadasında mövcud olan sürüşmə sahələrində də vəziyyət stabildir. Elə bir dəyişkənlik baş verməmişdir”, - deyə Sadiq Əmiraslanov vurğulayıb.
Ekspedisiya üzvləri hazırda respublika rayonlarındakı sürüşmə zonalarında monitorinqlər aparırlar. Nəticələr bir iki həfətədən sonra məlum olacaq.

Mənbə: Milli.Az

 

15 yanvar 2015
GO BACK