Qadin.NET / Hava soyuyacaq

Hava soyuyacaq

 

Hava soyuyacaq

Yanvarın 16-da Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir. Yanvarın 17-18-də hava şəraitinin nisbətən qeyri-sabit keçəcəyi, arabir güclənən xəzri küləyi fonunda temperaturun ötən günlərlə müqayisədə bir qədər aşağı düşəcəyi, rütubətliliyin artacağı gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq yarada bilər.Sabah Bakıda hava yağmursuz olacaq.Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, yanvarın 16-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu keçəcəyi, arabir tutulacağı, səhər və axşam yarımadanın bəzi yerlərində duman və çiskin olacağı gözlənilir. Şimal-qərb küləyi günün ikinci ayrısında arabir güclənəcək.Temperaturun gecə 1-4, gündüz 7-11 dərəcə isti olacağı gözlənilir.
Yanvarın 16-da rayonlarda gecə və səhər bəzi yerlərdə duman və çiskin olacaq, Lənkəran-Astara ərazisində yağıntı olacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Temperatur aran rayonlarında gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 11-16 dərəcə isti, dağlıq rayonlarda gecə 2-7 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacaq.

 

Mənbə: ANS PRESS

15 yanvar 2015
GO BACK