Qadin.NET / Əsgər erməniləri niyə qırıb?

Əsgər erməniləri niyə qırıb?

 

Əsgər erməniləri niyə qırıb?

Rusiya Müdafiə Nazirliyində iddia edirlər ki, Ermənistanın Gümrü şəhərində bir erməni ailəsinin 6 üzvünü qətlə yetirmiş rus əsgərin psixoloji problemləri olub. ANS PRESS-in məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyindəki mənbə bildirib. Mənbənin iddiasına görə, Permyakov orduda xidmət etmək istəməyib və Türkiyəyə qaçmaq istəyib. Erməni ailəni isə qorxudan qırıb ki, onu hərbi hissənin rəhbərliyinə satmasınlar. 
Permyakov orduya il yarım qabaq çağırılıb. Əvvəlcə o, Rusiyanın Çita şəhərində xidmət göstərib, dekabrda onu Ermənistandakı hərbi bazaya keçiriblər. 
Bu, Rusiyanın rəsmi versiyasıdır, amma qətl olunan ailənin qonşularının dedikləri isə fərqli versiya barədə düşünməyə imkan verir. Qonşuların dediyindən belə çıxır ki, ailə bu yaxınlara qədər kişisiz olub. Evdə həmişə qadınlar olub və Permyakov da bu evə gəlib-gedib. Evdə ali başçısının arvadı, gəlini, 36 yaşlı dul qızı və uşaqlar olurmuş. Qətliamdan bir-iki gün qabaq isə 51 yaşlı aildə başçısı və onun oğlu əmək miqrantı kimi getdikləri Rusiyadan Yeni ili bayram etmək üçün evə gəliblərmiş. Rus əsgərin evə qəfil gəlişi qalmaqalla nəticələnib və nəticədə Permyakov silaha əl atmalı olub. Ola bilər ki, Permyakovun əlaqəsi evin 36 yaşlı qızı Aida ilə olub. Bunu istintaq dəqiqləşdirməlidir. Amma bu aydındır ki, Permyakovun həmin evdə paltarı varmış və o, Türkiyə sərhədində özünə məxsus mülki geyimdə tutulub. 
Valeri Permyakov yanvarın 12-də Gümrü şəhərində Avetisyan ailəsinin 6 üzvünü qətlə yetirib. Yalnız 6 yaşlı Seryoja sağ qalıb. Valeri Permyakovu Ermənistan – Türkiyə sərhədində yerləşən Bayandur kəndində Rusiya sərhədçiləri tutub.
Hadisə Ermənistanda Rusiya hərbi bazasına qarşı ciddi etirazlara səbəb olub. Yüzlərlə insan İrəvandan Gümrüyə axın edərək hərbi bazanın və Rusiya konsulluğunun qarşısında etiraz mitinqi keçirir. Hazırda davam edən aksiyada etirazçılarla polis arasında qarşıdurma yaşanır. Aksiyada Rusiya bayrağı ayaqlar altına atılaraq tapdanıb. 

 

Mənbə: ANS PRESS

15 yanvar 2015
GO BACK