Amerikalılar artıq Donbasa lokal münaqişələrdə istifadə üçün çox ciddi silahlar göndərib.ANS PRESS-in məlumatına görə, bu sözləri qondarma Donetsk Xalq Respublikasının eks müdafiə naziri İqor Strelkov “Anna News”un efirində deyib.Onun sözlərinə görə, həmin silahlardan rus ordusunda yoxdur və bu müharibənin nəticələrinə ciddi təsir edə bilər.
“Hazırda amerikalılar onları yaxşı texnika ilə təchiz edir. Bu silahlardan bizim ordumuzda yoxdur və onlar bununla bizə çox şey göstərə bilərlər. Lakin əgər genişmiqyaslı müharibəyə keçilsə onların heç bir şansı yoxdur. Çünki Rusiya qalxsa, hansı ki, Rusiya qalxmağa hazırlaşır bu təqdirdə orada sarsıdıcı məlubiyyət yaşanacaq. Lakin məhdud şəraitli müharibədə onlar hazırki vəziyyətləri ilə bizim professional ordumuzu məğlub edə bilərlər”- deyə eks nazir bildirib.
Bundan əlavə Strelkov bir il yaşanan münaqişələrdə Ukrayna ordusunun xeyli püxtələşdityini də etiraf edib.
Mənbə: ANS PRESS