Avropa İttifaqının xarici işlər üzrə Ali nümayəndəsi Federika Mogerini ittifaq ölkələrini Rusiya ilə əməkdaşlığa çağırıb.ANS PRESS-in "qazeta.ru"ya istinadən verdiyi məlumata görə, bu haqda məktub AB-nin bütün ölkələrinin nümayəndəliklərinə göndərilib.Məktubun göndərilməsi gələn bazar ertəsi baş verəcək müzakirələrlə əlaqədardır.
Belə ki, Avropa Birliyi ölkələri nümayəndələri həmin gün Rusiya məsələsindən başqa, Suriya, İraq, İran və Şimali Koreya üzrə məsələləri müzakirə edəcəklər.
Mənbə: ANS PRESS