Rəsmi statistikaya əsasən, iranlılar ildə 183,15 milyon dollarlıq saqqız çeynəyir. Trend-in məlumatına görə, bu barədə İRNA agentliyi xəbər verir.
Məlumata əsasən, İran saqqız çeynəmək üzrə dünyada birinci yerdədir. Belə ki, əhalinin 82 faizi saqqız çeynəyir. Bu göstəriciyə görə Səudiyyə Ərəbistan ikinci (əhalinin 79 faizi ), ABŞ isə üçüncü (əhalinin 59 faizi) yerdədir.
Son illər ərzində İranda saqqızdan istifadənin həcmi artıb. Belə ki, 2005-ci ildə 25 ton saqqız istifadə olunubsa, bu rəqəm hazırda 2463 tondan artıqdır. İran Gömrük İdarəsinin statistikasın əsasən, cari ilin ilk 9 ayında (iranda il martın 21-də dəyişir) ölkəyə 1 849 348 dollar dəyərində 398 510 kilo şəkərsiz saqqız idxal olunub.
Gömrük İdarəsinin statistikasına əsasən, İrana saqqız əsasən Türkiyə və Birləşmiş Ərəb Əmirliklərindən idxal olunur.
Mənbə: Trend.Az