Qadin.NET / Yapon ordusu dünyaya meydan oxuyacaq

Yapon ordusu dünyaya meydan oxuyacaq

Yapon ordusu dünyaya meydan oxuyacaq

Yaponiya hökuməti indiyədək rekord həcmdə hərbi büdcə layihəsini qəbul edib. 96.3 trilyon yen, yəni 814 milyard dollarlıq dövlət büdcəsinin 5 trilyon yeni, yəni 42 milyard dolları hərbi büdcənin payına düşür. ANS PRESS-in məlumatına görə, Yaponiyada hərbi xərclərin 2,8% artırılaraq, rekord həddə çatdırılması Çinlə Şərqi Çin dənizindəki adaların statusu ilə bağlı mübahisənin kəskinləşməsi fonunda baş tutub.Yaponiyanın baş naziri Sindzo Abe keçirdiyi mətbuat konfransında bildirib ki, Tokio bu il patrul nəqliyyat vasitələri, strateji pilotsuz təyyarələr, F-15 qırıcı təyyarələri və digər hərbi texnika almaq niyyətindədir. Ötən il Yaponiya parlamenti konstitusiyaya dəyişiklik edərək, yapon ordusunun qlobal arenada fəaliyyət imkanlarını genişləndirib. Yeni sənədə əsasən, Yaponiyanın silahlı qüvvələrindən ölkənin hüdudlarından kənarda da müttəfiqlər tərəfindən istifadə edilə bilər. Bu isə Çinin etirazına səbəb olmuşdu.

Mənbə: ANS PRESS

14 yanvar 2015
GO BACK