Qadin.NET / Azərbaycanlılar Rusiyada ev almağa axışır

Azərbaycanlılar Rusiyada ev almağa axışır

 

Azərbaycanlılar Rusiyada ev almağa axışır

Rublun dəyərdən düşməsi Rusiyada ev arzusunda olanlarIn xeyrinə işləyir.Statistik məlumatlara görə, əvəllər Bakıda satılan mənzillərə sahib olanların üçdə biri Rusiyada çalışan vətəndaşlarımız idisə, aparılan monitorinqlər vəziyyətin dəyişdiyini ortaya çıxarıb.ANS TV-nin məlumatına görə, qonşu ölkədə baş verən hadisələr və rus rublunun dəyərdən düşməsi, Bakının mənzil bazarına təsir göstərməyə başlayıb. Belə ki, bir zamanlar Bakıda ev almağa can atan vatəndaşlarımız, indi paytaxdakı mənzilini satıb Rusiya şəhərlərində ev almağa üz tutur. Bəzən isə mənzilini təklif olunan reyal qiymətdən aşağı satanlara da rast gəlinir.Ekspert Vəfadar Axundov bildirdi ki, Rusiyada rublun dəyərdən düşməsi ilə əmlakların qiyməti iki dəfə aşağı düşüb: "Ancaq Azərbaycanda infilyasiya olmadığına görə, həm evlərin, əmlakların və obyektlərin qiymətləri aşağı düşmədiyinə görə, onlara sərf edir ki, burdakı obyektləri satıb Rusiyada əmlak alsınlar”.
Statistikaya görə, 2014-cü ilin sentyabr ayından paytaxda ev almaq istəyən vətandaşların sayında azalma müşahidə olunub. Eyni zamanda məlum olub ki, Rusiyada çalışan vətəndaşların əksəriyyəti paytaxda bir deyil, bir neçə mənzilə sahibdir. Ekspertlərin fikrincə, orada çalışan vətəndaşlarımız, Rusiyanın düşdüyü hazırkı vəziyyətindən bacardıqları qədər səmərəli istifadə etməyə çalışırlar.
İqtisadçı ekspert Vüqar Bayramlının sözlərinə görə, indiki mərhələdə aparılan monitorinqlərin nəticəsi onu göstərir ki, Rusiyada yaşayan azərbaycanlar bir mənzili saxlayaraq, digər bir mənzili, yəni 2-ci və ya 3-cü mənzillərin satışını həyata keçirirlər: “Rusiyada yaşayan azərbaycanlılar Bakıda eləcə də Azərbaycanın digər şəhərlərdə mənzillərin satışa çıxarması və satması əvvəla onunla bağlıdır ki, Rusiyada rublun dəyərinin aşağı düşməsi, Rusiyada əmlakın ucuzlaşmasına gətirib çıxarıb. Çünki Rusiyada daşınmaz əmlak rubulla satılır. Rubulla satıldığı üçün onun dollarla müqayisədə dəyəri aşağı düşür”.
Digər tərəfdən son zamanlar Rusiyada ticarətlə məşğul olan vətəndaşlarımız, öz biznesini rublla həyata keçirdiyi üçün ziyana uğrayıb. Bu üzdən onlar Bakıda sahib olduğu evi satmaqla öz ticarət dövrüyyəsini qoruyub saxlamağa çalışır. 
Ümumilikdə monitorinqlərin nəticəsi onu göstərir ki, Rusiyada bu cür vəziyyət davam edərsə, Bakıda evlərin qiymətində azalmalar qaçılmazdır.

 

Mənbə: ANS PRESS

14 yanvar 2015
GO BACK