Qadin.NET / Ukraynada qadınlar da hərbi xidmətə çağırıla bilər

Ukraynada qadınlar da hərbi xidmətə çağırıla bilər

 

Ukraynada səfərbərlik zamanı hərbi mükəlləfiyyətli kişilərlə yanaşı, hərbi mükəlləfiyyətli qadınlar da ordu sıralarına çağırıla bilərlər.Trend-inTASS agentliyinə istinadən verdiyi məlumata əsasən, Ukrayna qanunvericiliyinə uyğun olaraq, hərbi mükəlləfiyyətli 25-60 yaşlı kişilər və 25-50 yaşlı qadınlar orduya çağırıla bilərlər.Məlumata görə, qadınlar zərurət yaranacağı təqdirdə orduya çağırılacaqlar.

 

Qeyd edək ki, yanvarda ölkədə keçiriləcək səfərbərlik zamanı 50 min nəfərin orduya çağırılacağı bildirilir.
Mənbə: Milli.Az
13 yanvar 2015
GO BACK