Qadin.NET / Rəsmi göstəricilər açıqlandı: artım var

Rəsmi göstəricilər açıqlandı: artım var

 

Rəsmi göstəricilər açıqlandı: artım var

2014-cü ildə istehlak məqsədilə pərakəndə ticarət subyektlərində istehlakçılara 22 milyard manatlıq əmtəə satılıb.
ANS PRESS-in Dövlət Statsitika Komitəsinə istinadla verdiyi məlumata görə, bu göstərici 2013-cü illə müqayisədə 10 faiz çox deməkdir. 
Satılmış istehlak mallarının 50,1 faizini ərzaq məhsulları, içkilər və tütün məmulatları, 49,9 faizini qeyri-ərzaq malları təşkil etmiş və qeyri-ərzaq mallarının xüsusi çəkisi 2013- cü il ilə müqayisədə 3,3 faiz bəndi artıb.
2014-cü ildə elektron pərakəndə ticarət dövriyyəsinin həcmi 2013-cü ilə nisbətən 2,4 dəfə artaraq 6,4 milyon manat təşkil edib. 
Əhali onlayn rejimində sifariş verdikləri istehlak mallarının 91,3 faizini hüquqi şəxslərin, 8,7 faizini fərdi sahibkarların ticarət şəbəkələrindən alıb. Elektron ticarət dövriyyəsinin 94,6 faizini qeyri-ərzaq malları təşkil edib.

Mənbə: ANS PRESS

 

13 yanvar 2015
GO BACK